“Fərat Qalxanı”nda terror aktı törədilib, ölən və yaralananlar var

22:44 - 28 Sentyabr 2021

“Fərat Qalxanı”nda terror aktı törədilib, ölən və yaralananlar var

PKK/YPG terror təşkilatı Türkiyə ordusunun “Fərat Qalxanı” bölgəsində terror aktı törədib.

Manşet.az xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi (MN) məlumat yayıb.

Bildirilib ki, iki ayrı yerdə törədilən partlayışda 2 Suriya vətəndaşı ölüb, 19-u yaralanıb.

“PKK/YPG və dəstəkçiləri unutmamalıdır ki, regionun təhlükəsizliyi və sabitliyi üçün bütün terror təşkilatlarına qarşı mübarizəmizi davam etdirəcək və terror yuvalarını dağıtmağa davam edəcəyik” - deyə MN-nin açıqlamasında qeyd olunub.


Xəbər xətti

14 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin