Ronaldinyo Bakı səfərindən paylaşım etdi - VİDEO
14 Noyabr 2024
21:40 - 28 Sentyabr 2021
Manşet.az “Report”a istinadən xəbər verir ki, Pedersen keçirilən brifinqdə Suriyada beynəlxalq qüvvələrin bir-birilə rəqabət apardığını və bir neçə faktiki bölgəyə bölündüyünü deyib.
İdlibdə, xüsusən Türkiyə-Suriya sərhədində, köçkünlərin yerləşdiyi düşərgələrə edilən hücumların artdığına diqqət çəkən nümayəndə bildirib: "Əminəm ki, İdlibdəki vəziyyət Putin üçün əhəmiyyətli bir mövzu olacaq. Prezident Ərdoğanla sabah baş tutacaq görüşdə liderləri bölgədə sakitliyi təmin etməyə çağırıram. Çox şey bundan asılıdır".
Suriya Konstitusiya Komitəsinin yenidən bir araya gəlməsi üçün tərəflərə dəvətnamələr göndərildiyini bildirən Pedersen komitənin 18 oktyabrda altıncı toplantısının keçiriləcəyini və görüşdən bir gün əvvəl həmsədrlərlə görüşəcəklərini bildirib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin