İsrailin son üç həftədə Qəzzada həyata keçirdiyi hücumlarda ölənlərin 70 faizinin uşaq və qadınlar olduğunu bildirib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) baş komissarı Filip Lazzarini Təhlükəsizlik Şurasının təcili iclasında Qəzzə ilə bağlı qiymətləndirmələr edib.
Lazzarini Qəzzada İsrailin hücumlarına qarşı təhlükəsiz yer olmadığını vurğulayıb:
"Bunlar sadəcə itki ola bilməz. Köçkünlərə sığınacaq olan kilsələr, məscidlər, xəstəxanalar və beynəlxalq humanitar qanunlarla qorunan çoxlu sayda mülki obyektlərdə yüzlərlə insan həlak olub və yaralanıb. Qəzzada indiki blokada kollektiv cəzanın bir növüdür”.
Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) icraçı direktoru Ketrin Russel də İsrailin Qəzzaya hücumları nəticəsində indiyədək 3400-dən çox uşağın öldüyünə, 6300-dən çox uşağın isə yaralandığına diqqət çəkib.
Əfsanə
Manşet.az