Ərdoğanla eyni təyyarədə olan azərbaycanlı kimdir? - FOTOLAR
14 Noyabr 2024
19:19 - 28 Sentyabr 2021
"Azərbaycan və Ermənistan arasında qarşılıqlı inamı gücləndirən tədbirlərin görülməsinə başlanılmalıdır".
Manşet.az xəbər verir ki, bunu Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç AŞPA-nın payız sessiyası zamanı bildirib.
Onun sözlərinə görə, Avropa Şurası Azərbaycan və Ermənistan arasında qarşılıqlı inamı gücləndirən tədbirlərin görülməsinə başlayıb: "Qarşılıqlı inamı gücləndirən tədbirlər münaqişədən sonrakı mərhələdə vacibdir və əhəmiyyətli rola malikdir. Lakin bu, yalnız hər iki tərəfin razılığı olması zamanı mümkündür".
Baş katib qadınların bu məsələdəki roluna da toxunub:
"Bu məqsədlə siyasətdən uzaq mövzular ətrafında müzakirələr aparmaq məqsədəuyğundur. Qadınların rolu mövzusu ən məsləhətli mövzulardan biridir."
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin