Ərdoğanla eyni təyyarədə olan azərbaycanlı kimdir? - FOTOLAR
14 Noyabr 2024
19:16 - 28 Sentyabr 2021
Gürcüstanda oktyabrın 4-dən etibarən məktəblərdə və uşaq bağçalarında əyani tədris bərpa olunacaq.
Manşet.az xəbər verir ki, bu barədə Gürcüstanın Koronavirusla mübarizə üzrə Dövlət İdarələrarası Koordinasiya Şurası Operativ Qərargahının rəhbəri Georgi Qibradze bildirib. Onun sözlərinə görə, 4 oktyabrdan ölkədə, həmçinin, əyləncə mərkəzləri də fəaliyyətini bərpa edəcək.
“Oktyabrın 4 -dən etibarən sinif və auditoriyalarda təhsil prosesi bərpa olunacaq. Məktəbəqədər təhsil müəssisələri və uşaq əyləncə mərkəzləri də işini bərpa edəcək”, - deyə Qibradze brifinq zamanı deyib.
Yeni qaydaya əsasən, sinfindən asılı olmayaraq bütün uşaqlar tibbi maska taxmalıdır.
Xatırladaq ki, Gürcüstanda pandemiya səbəbindən məktəblər və uşaq bağçaları 2020-ci ilin martından bağlanıb.
Qafqazinfo
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin