Bayden Azərbaycana təşəkkür etdi
24 Noyabr 2024
19:01 - 28 Sentyabr 2021
Azərbaycanın qadın şahmatçılardan ibarət millisi İspaniyanın Sidjes bölgəsində keçirilən dünya çempionatında növbəti görüşünü keçirib.
Manşet.az-ın məlumatına görə, tərkibi Günay Məmmədzadə, Gülnar Məmmədova, Ülviyyə Fətəliyeva, Türkan Məmmədyarova və Zeynəb Məmmədyarovadan ibarət olan kollektiv A qrupundakı 3-cü qarşılaşmasında Rusiya ilə qüvvəsini sınayıb. Oyun rəqibin qələbəsi ilə başa çatıb - 3,5:0,5.
Bu görüşdə yığmanın heyətində Günay Məmmədzadə, Gülnar Məmmədova, Ülviyyə Fətəliyeva və Türkan Məmmədyarova mübarizə aparıb.
Yığma günün ikinci qarşılaşmasında Fransanı sınağa çəkəcək.
Dünya çempionatı
A qrupu
II tur
Azərbaycan - Rusiya - 0,5:3,5
Günay Məmmədzadə - Aleksandra Qoryaçkina - 0:1
Gülnar Məmmədova - Aleksandra Kostenyuk - 0:1
Ülviyyə Fətəliyeva - Polina Şuvalova - 0,5:0,5
Türkan Məmmədyarova - Alina Kaşlinskaya - 0:1
Qeyd edək ki, Azərbaycan millisi ilk oyun günündə Hindistan və Ermənistanla heç-heçəyə razılaşıb. Dünya çempionatı oktyabrın 3-dək davam edəcək.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin