Vətən müharibəsinin tarixini təhrif edən direktor DANIŞDI

18:39 - 28 Sentyabr 2021

Vətən müharibəsinin tarixini təhrif edən direktor DANIŞDI

"Sentyabrın 22-si I-IV siniflər üzrə yeni dərs ilinin ilk günü məktəbdə valideynlərin çoxluğu ilə əlaqədar pandemiya qaydalarından irəli gələn tələblərə riayət olunmasında müəyyən çətinlik yarandı".

Manşet.az-ın xəbərinə görə, bunu Bakı şəhəri 217 nömrəli tam orta məktəbin direktoru Bənövşə Cəfərova deyib.

"Yaranmış gərgin vəziyyət və qan təzyiqimin yüksək olması səbəbindən çıxışımda "44 günlük Vətən müharibəsini” "24 günlük Vətən müharibəsi” kimi ifadə etmişəm. Bir pedaqoq və məktəb rəhbəri kimi bütün bunların anlayışla qarşılanacağına inanıram", - o vurğulayıb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən "Report"a bildirilib ki, məsələ diqqət mərkəzində saxlanılır.


Xəbər xətti

14 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin