ADY qatarların həftəsonu üçün yeni hərəkət cədvəlini açıqladı

18:31 - 28 Sentyabr 2021

ADY qatarların həftəsonu üçün yeni hərəkət cədvəlini açıqladı

Oktyabrın 1-dən Bakı-Sumqayıt-Bakı sərnişin qatarlarının hərəkəti tam bərpa olunacaq.

Manşet.az xəbər verir ki, bu barədə Azərbaycan Dəmir Yolları QSC məlumat yayıb.

Bildirilib ki, şənbə, bazar və digər qeyri-iş günləri aşağıdakı qatarlar işləyəcək:

Bakı-Pirşağı-Sumqayıt

Bakıdan saat 08:35-də yola düşən 6603 nömrəli qatar

Bakıdan saat 09:45-də yola düşən 6607 nömrəli qatar

Bakıdan saat 15:50-də yola düşən 6611 nömrəli qatar

Bakıdan saat 17:50-də yola düşən 6615 nömrəli qatar

Bakıdan saat 18:25-də yola düşən 6617 nömrəli qatar

Bakıdan saat 19:55-də yola düşən 6621 nömrəli qatar

Bakıdan saat 20:30-da yola düşən 6623 nömrəli qatar

Sumqayıt-Pirşağı-Bakı

Sumqayıtdan saat 07:20-də yola düşən 6604 nömrəli qatar

Sumqayıtdan saat 07:35-də yola düşən 6606 nömrəli qatar

Sumqayıtdan saat 09:00-da yola düşən 6612 nömrəli qatar

Sumqayıtdan saat 10:00-da yola düşən 6614 nömrəli qatar

Sumqayıtdan saat 10:45-də yola düşən 6616 nömrəli qatar

Sumqayıtdan saat 16:50-də yola düşən 6620 nömrəli qatar

Sumqayıtdan saat 18:00-da yola düşən 6622 nömrəli qatar

Sumqayıtdan saat 19:30-da yola düşən 6626 nömrəli qatar

Bakı-Xırdalan-Sumqayıt

Bakıdan saat 08:20-də yola düşən 6005 nömrəli qatar

Bakıdan saat 17:20-də yola düşən 6015 nömrəli qatar

Bakıdan saat 18:50-də yola düşən 6021 nömrəli qatar

Bakıdan saat 19:35-də yola düşən 6023 nömrəli qatar

Sumqayıt-Xırdalan-Bakı

Sumqayıtdan saat 08:00-da yola düşən 6008 nömrəli qatar

Sumqayıtdan saat 09:30-da yola düşən 6012 nömrəli qatar

Sumqayıtdan saat 18:45-də yola düşən 6022 nömrəli qatar

Qeyd edək ki, sözügedən xətlər üzrə qatarların iş günləri üçün qrafikində hər hansı dəyişiklik edilməyib.


Xəbər xətti

14 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin