53 yaşlı aktyordan etiraf: "Həyat yoldaşım da, mən də başqaları ilə sevgi yaşayırıq"

18:00 - 28 Sentyabr 2021

53 yaşlı aktyordan etiraf:

Amerikalı aktyor Vill Smit evliliyi ilə bağlı şok açıqlamalar verib.
 
Manşet.az
bildirir ki, 53 yaşlı aktyor "GQ” jurnalına danışarkən "açıq evlilik” iddilarını cavablayıb. O, münasibətləri boyunca həyat yoldaşı Cad Pinketin də, özünün də başqaları ilə sevgi yaşadığını etiraf edib.

"Cada ənənəvi evliliyə heç vaxt inanmadı. Onun qeyri-adi evlilik yaşayan ailə üzvləri var idi. Yəni məndən fərqli ortamda böyümüşdü” deyən Smit, mükəmməl münasibətlərin mübahisələr üzərində qurulduğunu da vurğulayıb. "Həyat yoldaşımla münasibətimizin  bir mərhələsində ayrı həyatı – təkbaşına əlaqəni seçdik. Amma bunun mükəmməl münasibətin tək yolu olduğunu düşünmürük”, deyə aktyor əlavə edib. O, bir-birilərinə inandıqlarını və bu səbəbdən sərbəstlik verdiklərini qeyd edib: "Evlilik bizim üçün həbsxana ola bilməz. Bu, bizim öz düşüncələrimizdir. Heç kimə yolumuzu tövsiyə etmirəm”. 

Xatırladaq ki, Cada Pinket ötən il repçi Auqust Alsina ilə qısa müddət eşq yaşamışdı. Hətta bundan sonra Vill Smitlə boşandığı iddia edilirdi. 
Qeyd edək ki, 1997-ci ildə ailə həyatı quran cütlüyün 23 yaşında Caden və 20 yaşında Villov adlı iki övladı var. 

sfera.az


Xəbər xətti

27 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin