Bəzi fermerlərə əlavə subsidiyalar veriləcək
17 Noyabr 2024
15:33 - 28 Sentyabr 2021
"Sabahdan etibarən yeni təhsil ilində tədris bütün orta və Ali təhsil müəsisələrində əyani formada başlayacaq. Bu da paytaxtda sıx olan hərəkətin dinamikasını bir qədər də aşağı salacaq".
Bunu Manset.az-a açıqlamasında Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi (DYP) İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli deyib.
"Vətəndaşlardan ictimai məsuliyyətlilik hissi ilə yol hərəkəti qaydalarına yanaşmaqlarını xahiş edirik. Hərəkət dinamikasını mütəmadi olaraq tonusda saxlamaq üçün bu vacibdir. Çünki paytaxtımız milyonluq bir şəhərdir. Bizim əməkdaşlarımız da müəyyən saydadır və bütün küçələrdə eyni anda xidmət apara bilməzlər. Buna baxmayaraq, əməkdaşlarımız tam tərkibdə günün pik saatlarında yollarda hərəkəti nizamlayacaqlar. Bildiyiniz kimi, yol polisi əməkdaşları yol ayrıclarında hərəkəti nizamlayır, eyni zamanda, təhlükəsizlik kamerlarından yaşıl dalğa komandası verilir, digər əməkdaşlar isə icra edir.
Əsas məsələ yolun hərəkət istiqamətində parklama əməliyyatlarını həyata keçirməmək və ümumi yolun keçiriciliyini ləngitməməkdir. Bununla da paytaxtda hərəkət dinamikasına xələl gəlməyəcək. Bütün insanlardan xahiş edirik ki, mümkün qədər fərdi yox, ictimai nəqliyyat vasitələrinə üstünlük versinlər. Çünki tərəfimizdən ictimai nəqliyyat zolaqları da ciddi nəzarətə götürülüb. Və bu zolağa daxil olan şəxslərə də cərimələr tətbiq olunur. Sürücülərdən bu qaydalara əməl edib, ictimai nəqliyyatın fəaliyyətini dəstəkləməyi xahiş edirik", - o vurğulayıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin