Milli Məclis Lüksemburq Deputatlar Palatasının qərəzli qətnaməsinə dair bəyanat yaydı
21 Noyabr 2024
09:33 - 13 Oktyabr 2023
Dünya birliyinə sürətlə inteqrasiya etməsi müstəqil xarici siyasət yeridən Azərbaycan Respublikasının hər zaman qarşısında duran ən prioritet istiqamətlərdən biri olub. Bütün beynəlxalq təşkilatlarla və dünyanın aparıcı dövlətləri ilə əməkdaşlığı inkişaf etdirməkdə maraqlı olan ölkəmiz bunun üçün konkret addımlar atıb.
Hazırda Azərbaycan bu gün bölgə ölkələri ilə qarşılıqlı əməkdaşlıq, beynəlxalq aləmdə öz sözünü demiş böyük dövlətlərlə uğurlu tərəfdaşlıq fonunda, həm də düyanın aparıcı beynəlxalq qurumlarında kifayət qədər fəal iştirak edir.
Mövzu ilə bağlı deputat Elşad Mirbəşiroğlu Manset.az-a açıqlamasında bildirib ki, Azərbaycan Respublikası müstəqilliyinin ilk illərindən dünya birliyinə inteqrasiya və beynəlxalq münasibətlər sistemində fəal iştirakçılıq prinsiplərinə xüsusi diqqət yetirmişdirdir.
Elşad Mirbəşiroğlu qeyd edib ki, Heydər Əliyevin iradəsi ilə 1994-cü il sentyabr ayının 20-də “Əsrin müqaviləsi”nin imzalanmasından sonra Cənubi Qafqaz regionunda tam yeni, olduqca geniş miqyaslı bir əməkdaşlıq sisteminin əsası qoyulmuş oldu:
“Heydər Əliyevin ölkədə hakimiyyətə qayıdışından sonra bizim unikal xarici siyasət konsepsiyamız formalaşmağa başladı. Xüsusilə də, beynəlxalq təməsların sıxlaşdırılması yolu ilə milli maraqlarımızın qorunması istiqamətində təsirli addımlar atıldı. Beynəlxalq regional təşkilatlar, birliklər çərçivəsində Azərbaycan təsirli yerə və rola malik olmaq məsələsini prioritet kimi müəyyənləşdirmişdi. Bu olduqca uğurlu müəyyənləşdirmə idi. Çünki etibarlı beynəlxalq əlaqələrə mövqelərə sahib olmadan maraqların qorunması mümkünsüz olardı. Xüsusilə, Ermənistanın təcavüzü və işğalçılıq siyasəti fonunda beynəlxalq təşkilatlar çərçivəsində səmərəli fəaliyyət olduqca olduqca zəruri idi. Bu baxımdan Azərbaycan beynəlxalq birliyə insteqrasiya istiqamətində hər zaman təsirli addımlar atmışdır. Dünya dövlələri ilə ikitərəfli və çoxtərəfli əməkdaşlıq sisteminin qurulması, bu fonda siyasi münasibətlərin inkişaf etdirilməsi hər zaman diqqət mərkəzində olmuşdur. Nəzərə almaq lazımdır ki, Azərbaycan hər şeydən öncə yerləşdiyi coğrafiya da etibarlı əməkdaşlıq sisteminin qurulmasında maraqlı olub. “Əsrin müqaviləsi”nin imzalanmasından sonra Azərbaycanın beynəlxalq iqtisadi əməkdaşlıqda rolu əhəmiyyətli dərəcədə artmış oldu. Milli iqtisadi sistemin qurulması imkanları məhz bu beynəlxalq əməkdaşlıq sisteminin qurulması sayəsindəndə genişlənməyə başladı”.
Deputat vurğulayıb ki, Azərbaycanın mərkəzi iştirakçılığı və birbaşa təşəbbüsü ilə Cənubi Qafqaz regionunda çox əhəmiyyətli layihələr həyata keçirilib və gələcəkdə keçirilməsi nəzərdə tutulub:
“Bakı-Tbilisi-Ceyhan neft boru kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu xətti, Cənub Qaz Dəhlizi kimi layihələr Azərbaycanın iqtisadi əlaqələrlə yanaşı siyasi münasibətlərinin genişlənməsinə də çox vacib təsir göstərir. Çünki lahihələr istər isteməz iştirakçı ölkələr arasında siyasi təmasları da sıxlaşdırır. Təsadüfi deyil ki, bu gün Azərbaycan həm Asiyada, həm də Avropada olduqca böyük nüfuza malikdir və etibarlı tərafdaş kimi tanınmaqdadır. Son illərdə xüsusilə Şərqi Avropanın enerji təchizatında Azərbaycanın rolunun artması iştirakçı dövlətlər arasında siyasi təmasların uğurlu inkişafının nəticəsi kimi qiymətləndirilməlidir. Azərbaycan BMT çərçivəsində olduqca uğurlu fəaliyyət göstərib və hər zaman təşəbbüslər ilə diqqəti cəlb edib. Təsadüfi deyil ki, Azərbaycan 2011-12-ci ildə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə namizəd olan zaman çox böyük dəstək almışdır. Bu da Azərbaycanın beynəlxalq müstəvidə yüksək nüfuzuna dəlalət edir. Qoşulmama Hərəkatı çərçicəsində Azərbaycanın olduqca təsirli yeri və rolu mövcuddur. 2011-ci ildə Qoşulmama Hərəkatına üzv olan Azərbaycan artıq 2019-cu ildə hərəkatın zirvə toplantısına ev sahibliyi etdi. Bununla bağlı qərar isə 2016-cı ildə verildi. Yəni Azərbaycan hərəkata üzv olduqdan cəmi 5 il sonra zirvə toplantısının Bakıda keçirməsi haqqında qərar verilmişdi”.
Elşad Mirbəşiroğlunun sözlərinə görə bu günki dayandığımız nöqtədən baxmış olsaq Azərbaycanın beynəlxalq birliyə çox uğurla inteqrasiya etdiyini, təmaslar qurduğunu və bununla yanaşı öz unikallığını bütün mənalarda qoruyub saxlamağı bacardığını görürük:
“Qoşulmama Hərəkatına Azərbaycanın sədrliyi dövründə hərəkatın dünya səviyyəsində təsir imkanları əhəmiyyətli dərəcədə genişlənmiş və dəyişmiş oldu. Azərbaycanın təşəbbüsləri ilə Qoşulmama Hərəkatının çərçivəsində institusional dəyişikliklər baş verdi. Bu institusional dəyişiklik əsasən ondan ibarət oldu ki, Qoşulmama Hərəkatının parlament şəbəkəsi quruldu, gənclər təşkilatı formalaşdı. Gələcəkdə bu hərəkatın təşkilata çevrilməsi üçün olduqca təsirli elementlər formalaşmış oldu. Eləcə də, Türk Dövlətləri Təşkilatı və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində bir çox beynəlxalq və regional təşkilatlarda Azərbaycanın hər zaman təsirli rolu və mövqeləri olduğunu müşahidə etmişik”.
6.3.6. Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi;
Əfsanə Rəcəb
Bu yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin