Sabiq vəzifəli şəxsə hökm oxundu- Qoluna elektron qolbaq taxıldı

14:05 - 28 Sentyabr 2021

Sabiq vəzifəli şəxsə hökm oxundu- Qoluna elektron qolbaq taxıldı

Daşkəsən Rayon İcra Hakimiyyəti (RİH) başçısının Zağalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində işləmiş Hətəm Əzizovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Manset.az xəbər verir ki, Daşkəsən Rayon Məhkəməsində keçirilən sonuncu prosesdə hökm oxunub.

Hökmə əsasən, o, 2 il 6 ay müddətə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib.

İttihama görə, Daşkəsən RİH başçısının Zağalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi işləmiş H.Əzizov 2020-ci ildə vəzifə saxtakarlığına yol verərək xüsusi karantin rejimi qaydalarını pozub sərbəst hərəkət etmək istəyən şəxslərə qanunsuz olaraq arayışlar verib.
Onun barəsində Cinayət Məcəlləsində 308.1-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (Vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb. (report)


Xəbər xətti

17 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin