Azərbaycanın tanınmış alimi vəfat etdi - FOTO
10 Yanvar 2025
11:10 - 25 Oktyabr 2023
"Bavariya"nın baş məşqçisi Tomas Tuxel "Qalatasaray" matçından sonra qarşılaşmanı dəyərləndirərək mətbuata açıqlama verib.
Manset.az-ın xarici mediaya istinadən xəbərinə görə, alman məşqçi jurnalistlərin "Qələbəyə layiq idiz?" sualına “Bu, layiqli qələbə idi, lakin bu stadionda, belə gərgin təzyiq altında oynamaq bizim üçün asan deyildi” deyə cavab verib.
Tuxel bildirib ki, Çempionlar Liqasında hədəfimizə çatmaq üçün daha cəsarətli və hücum futbolu oynamağımız lazım olduğunu söylədim və belə də oldu:
"İlk yarıda qoşa döyüşlərdə topu qazana bilmədik. Çünki meydanda yaxşı təşkilatlanmış "Qalatasaray" var idi. Bu səbəbdən cərimə meydançasında onlara çoxlu qol mövqeləri verdik. Qoldan sonra reaksiyamız çox yaxşı səviyyədə idi. Daha sonra həm müdafiə, həm də hücumda daha yaxşı çıxış etdik. Layiqli qalibiyyət idi, amma bu stadionda, belə təzyiq altında oynamaq bizim üçün asan deyildi”.
“Çox qürur duyuram. Uzun müddətdir uduzmuruq. Amma bu matçın və ya heç bir matçın favorisi yoxdur. Çünki çox çalışmaq lazımdır. Hər rəqiblə eyni ciddilik və sakitliklə reaksiya vernək üçün daha çox şey vermək lazımdır. Dolayısı ilə alınan bu qalibiyyət bir məşqçi kimi məni çox qürurlandırdı”.
Qeyd edək ki, dünən axşam keçirilən matçda "Qalatasaray" Almaniyanın "Bavariya" klubuna 3-1 hesabı ilə uduzub.
Əfsanə
Manşet.az
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin