İsrail Qəzzada 19 gündə bir atom bombası gücündə partlayıcıdan istifadə etdi

10:08 - 25 Oktyabr 2023

İsrail Qəzzada 19 gündə bir atom bombası gücündə partlayıcıdan istifadə etdi

İsrailin oktyabrın 7-dən bu yana Qəzza zolağına etdiyi hücumlarda təxminən atom bombasının gücünə bərabər olan 12 min tondan çox partlayıcı istifadə etdiyi bildirilib.

 

Manset.az-ın xarici mediaya istinadən xəbərinə görə, bu miqdarın Dünya Müharibəsində ABŞ-ın Yaponiyanın Xirosimaya atdığı atom bombasının gücünə demək olar ki, bərabər olduğu vurğulanıb.

Qəzza zolağında 183 mindən çox evin zədələndiyi, 28 mininin isə tamamilə dağıldığı və ya yaşayış üçün yararsız olduğu bildirilib.

Oktyabrın 7-dən etibarən Qəzza zolağında 2 min 360-ı uşaq, 1421-i qadın olmaqla 5 min 791 nəfərin öldürüldüyü, 16 min 297 nəfərin isə yaralandığı qeyd olunub. 

Hücumlar nəticəsində 75 dövlət qurumu və onlarla xidmət obyektinə ciddi ziyan dəyib. Açıqlamada ibadət yerlərinin də hədəf alındığına diqqət çəkilib. Hücumlar zamanı 35 məscid tamamilə dağıdılıb, 3 kilsəyə ciddi ziyan dəyib. İsrail hücumlarında fosfor bombası kimi beynəlxalq səviyyədə qadağan olunmuş sursatlardan istifadə edib. Ölülərin bədən üzvlərinin yanması və əriməsinin müşahidə edildiyi bildirilib.   

Əfsanə

Manşet.az


Xəbər xətti

11 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin