Azərbaycanda 5.2 maqnitudalı zəlzələ oldu
11 May 2024
09:46 - 25 Oktyabr 2023
Oltyabrın 26-da Avropa Liqasında növbəti görüşünə çıxacaq "Qarabağ" Bakını tərk edib.
Manset.az sportinfo.az-a istinadən xəbər verir ki, "Köhlən atlar"ı Almaniyaya aparan çarter reysli təyyarə axşam 7 radələrində havaya qalxıb.
Ağdamlılar Bakıdan Kölnə uçacaq, oradan Leverkuzenə olan məsafəni avtobusla qət edəcək.
"Qarabağ"la səfərə çıxanlar arasında sürpriz azarkeş diqqət çəkib.
"Turan Tovuz"a sponsorluq edən "Huner Group"un rəhbəri Ehtiram Quliyev də "Qarabağ"ı dəstəkləmək üçün Almaniyaya yollanıb.
Maraq üçün bildirək ki, tanınmış futbol funksioneri avrokubok matçları zamanı "Qarabağ"ın azarkeşi kimi tanınır.
"Bayer" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin