2016-cı ildə “The Sympathizer” (Sempatizan) romanı ilə Pulitzer mükafatını qazanan yazıçı Viet Thanh Nguyen İsraili qınayan məktuba imza atdığı üçün Nyu Yorkdakı tədbirinin ləğv edildiyini açıqlayıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Nguyen bu barədə sosial media hesabı İnstaqramda məlumat verib.
Bildirib ki, cümə günü Nyu-Yorkdakı “92nd Street Y” ədəbi mərkəzində keçiriləcək tədbir heç bir izahat verilmədən ləğv edilib.
Yazıçı qeyd edib ki, Fələstin, İsrail, işğal və müharibə ilə bağlı dediyim və ya etdiyim heç bir şeyə peşman deyiləm.
Əfsanə
Manşet.az