Rusiyada fövqəlada vəziyyət elan edildi
27 Dekabr 2024
16:07 - 24 Oktyabr 2023
ABŞ prezidenti Co Bayden və Böyük Britaniyanın baş naziri Rişi Sunakın ardınca Fransa prezidenti Emmanuel Makron da Fransanın İsrailə dəstəyini göstərmək üçün Tel-Əvivə gedib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, İsrail prezidenti İsaak Hersoqla üzbəüz oturaraq, əllərini dizlərinin üstünə qoyan və baş nazir Benjamin Netanyahu tərəfindən qeyri-rəsmi şəkildə qarşılanan Makronun səfəri hind əsilli olduğu üçün İsrail tərəfindən açıq şəkildə alçaldılan Rişi Sunakın səfərini xatırladıb.
Görüş zamanı Makronun Hersoqun qarşısında əllərini dizlərinə qoyaraq oturması böyük diqqət çəkib. Fotoşəkillər araşdırıldığında Fransa prezidentinin İsrail qarşısında alçaldıldığı açıq-aydın görünür.
Başqa bir fotoşəkildə Hersoq barmağını Makrona işarə edərək, Makrona Rishi Sunaka göstərdiyi rəftarı göstərib.
Digər diqqət çəkən məqam isə Netanyahunun kostyum geyinməməsi olub. Netanyahu Makronu pencək və qalstuksuz qarşılayıb.
Əfsanə
Manşet.az
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin