Netanyahu ilə İsrail ordusu arasında böhran - İsrail mətbuatından iddia

16:00 - 23 Oktyabr 2023

Netanyahu ilə İsrail ordusu arasında böhran - İsrail mətbuatından iddia

İsraildə çıxan “Yediot Ahronot” qəzeti baş nazir Benjamin Netanyahu ilə İsrail arasında etimad böhranı olduğunu və bu səbəbdən Qəzzada ortaq qərarlar qəbul etmək çətinlik çəkdiyini yazıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, qəzetin siyasi və hərbi rəsmilərə əsaslanaraq verdiyi xəbərdə Qəzzada quru əməliyyatı yaxınlaşdıqca HƏMAS-ın saxladığı israilli məhbuslarla bağlı dalana dirəndiyini və “hökumətin əsas məsələlər ilə bağlı razılığa gəlməkdə çətinlik çəkdiyini”, yazıb.

Xəbərdə, Netanyahunun baş verən hər şeyin (HƏMAS-ın İsrailə qarşı 7 oktyabrda başlayan hücumları) məsuliyyətinin İsrail ordusunun yüksək rütbəli rəsmilərinin üzərinə düşdüyünə inandığı və onlara qəzəbləndiyi deyilir.

Bu böhranın müharibəyə fokuslanmağı və hökumətin əsas məsələlərdə konsensus qərarlar verməkdə çətinlik çəkdiyi qeyd olunub.

Həmçinin, ABŞ rəhbərliyinin Qəzzaya qarşı quru əməliyyatını təxirə salması üçün İsrailə təzyiq göstərdiyi bildirilib.

Qəzetin yazdığına görə, ABŞ prezidenti Co Bayden hesab edir ki, “girov məsələsi ilə məşğul olmaq quru əməliyyatları da daxil olmaqla bütün digər hərəkətlərdən üstündür”.

Əfsanə

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az