Alimlər Covid-19-un respirator xəstəlik olmadığını sübut etdi - O, damar xəstəliyidir

19:13 - 27 Sentyabr 2021

Alimlər Covid-19-un respirator xəstəlik olmadığını sübut etdi - O, damar xəstəliyidir

Amerikalı alimlər, koronavirusun qrip kimi respirator, yəni soyuqdəymə tipli xəstəliklər qrupuna aid olmadığını elan ediblər.

Manşet.az xəbər verir ki, San- Diyeqo universitetinin alimləri Covid -19-un adi respirator virus xəstəliyi olmadığını açıqlayıb.

Journal Circulation Research dərc olunan elmi məqalədə sübut olunub ki, yeni koronavirus hamının düşündüyü kimi qripə bənzər yox, damarlara bağlı xəstəlikdir.
Tədqiqatçılar araşdırıb ki, bu xəstəlikdə olan öskürək və ağciyər problemi heç də Covid 19-un respirator xəstəlik olduğunu göstərmir. Ağciyərlərdə buzlu şüşə, öskürək və boğulma qanda qatılaşma və pıxtaların yaranması səbəbindən olur.

Bu, koronavirusun S zülalının ACE-2 reseptorlarına təsiri ilə əlaqədardır. Bu zaman damar endotelləri zədələnir, qopur və arteriyaların, venaların içində qan laxtaları çoxalır. /Medicina.az 


Xəbər xətti

16 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin