Ata Abdullayevin işi məhkəməyə GÖNDƏRİLDİ

19:09 - 27 Sentyabr 2021

Ata Abdullayevin işi məhkəməyə GÖNDƏRİLDİ

Həbsdə olan bloqer Ata Abdullayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Manşet.az xəbər verir ki, cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Fikrət Qəribovun icraatına verilib.

Cinayət işi üzrə 4 nəfər zərərçəkmiş qismində tanınıb.

Qeyd edək ki, A. Abdullayev Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən bu ilin mart ayında saxlanılıb.

O, hədə-qorxu ilə pul tələb etməkdə ittiham edilib. Barəsində Səbail rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib.


Xəbər xətti

25 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin