Əməkdar artist xəstəxanaya yerləşdirildi

19:06 - 27 Sentyabr 2021

Əməkdar artist xəstəxanaya yerləşdirildi

Lənkəran Dövlət Dram Teatrının aktyoru, Əməkdar artist Niftulla Əsgərov xəstəxanaya yerləşdirilib.

Manşet.az xəbər verir ki, bu haqda aktyor özü bildirib.

O deyib ki, bir müddət əvvəl ürəyinə stent qoyulub:

"Müalicə alırdım və dərmanlar mədəyə fəsad verib və həmin orqanımda daxili qanaxma baş verib. Bir neçə gün əvvəl komaya düşdüm. Həkimlərin səyi ilə indi vəziyyətim stabildir”.

Əməkdar artist onu da əlavə edib ki, sabah yenidən ürəyinə stent qoyulacaq.

Qeyd edək ki, sosial şəbəkədə Niftulla Əsgərovun maddi vəziyyətinin zəif olması ilə bağlı paylaşım edilib.
 
(Oxu.az)


Xəbər xətti

27 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin