Fransa COP29-a niyə qatılmadı? - Hikmət Hacıyev açıqladı
16 Noyabr 2024
09:47 - 26 Sentyabr 2021
Yeni Balaxanı ərazisinin sakinləri qazlarının tez-tez kəsilməsindən şikayətçidirlər.
Sakinlər Manşet.az-a bildiriblər ki, ərazidə həftənin bir neçə günü gündüz saatlarında qazın verilişi dayandırılır. Təbii qazın bərpası yalnız 18:00-dan sonra bərpa edilir:
“Hər dəfə qazın verilişi bərpa olunanda xətləri yoxlamaq üçün öncə hava vururlar. Sobanı yandırırsan, qaz yerinə hava gəlir. Bu isə sayğacların əlavə məsrəf yazmasına səbəb olur. “Azəriqaz”ın əlindən bizim mətbəxdə ocağımız yanmır. Camaat o qədər elektrikə yüklənir ki, ayın axırında hər kəs limiti keçmiş olur”,-deyə sakinlər bildiriblər.
Sakinlərin onu da qeyd ediblər ki, məsələ ilə bağlı dəfələrlə “Azəriqaz”-a şikayət olunub. Ancaq şikayətlərin heç bir faydası yoxdur.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin