Cənubi Koreyada koronavirusa yoluxmada yeni antirekord

09:11 - 25 Sentyabr 2021

Cənubi Koreyada koronavirusa yoluxmada yeni antirekord

Cənubi Koreyada ötən sutka COVID-19 virusuna 3 273 yoluxma aşkarlanıb. Bu, Cənubi Koreyada indiyədək qeydə alınan ən yüksək yoluxma sayıdır.

Manşet.az xəbər verir ki, Cənubi Koreyanın xəstəliklərə nəzarət və profilaktika mərkəzinin mütəxəssisləri virusa sutkalıq yoluxmaların çoxalmasının “delta “ştamının yayılması ilə əlaqədar olduğunu bildirirlər.

Qeyd olunub ki, Seulda 1 217 nəfərin, mərkəzi Kyenqido vilayətində isə 1 094 nəfərin koronavirus testi müsbət olub. Ümumilikdə ölkədə 298 402 nəfər virusa yoluxub ki, onlardan 266 414-ü sağalıb.

Ötən gün ərzində müalicə alan yeddi pasiyent ölüb. Bununla da Cənubi Koreyada ölənlərin sayı 2 441 nəfərə çatıb. Ölüm nisbəti 0,82%-dir.


Xəbər xətti

14 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin