Ərdoğanla eyni təyyarədə olan azərbaycanlı kimdir? - FOTOLAR
14 Noyabr 2024
09:03 - 25 Sentyabr 2021
Norveçdəki koronavirus məhdudiyyətlərinin çoxu bu gün yerli vaxtla saat 16:00-da qaldırılacaq.
Manşet.az xəbər verir ki, bunu ölkənin Baş naziri Erna Sulberq Osloda keçirdiyi mətbuat konfransında açıqlayıb.
Onun sözlərinə görə, bundan sonra ölkə vətəndaşları pandemiyadan öncəki yaşam tərzinə dönə biləcək.
Hökumət başçısının fikrincə, bundan sonra peyvəndlər pandemiyanın əsas yükünü daşıyır.
“Düşünmürəm ki, hər şey əvvəlki kimi olacaq. Koronavirus bundan sonra pis və ya yaxşı şəkildə həyatımıza təsir edəcək. Lakin baş verən hadisələrdən sonra, virus təhlükəsi qarşısında nə qədər çarəsiz olduğumuzu və birlikdə çalışdıqda nəyə nail ola biləcəyimizi öyrəndik”, - deyə Sulberq bildirib.
Ləğv edilən qaydalar arasında sosial məsafə, habelə böyük tədbir və toplantılara qatılanların sayına qoyulan məhdudiyyətlər də yer alır.
Restoran, bar və klubların iş saatı, qonaqların yerləşdiyi yer və sayını tənzimləyən qaydalardan də imtina edilir. Pandemiya məhdudiyyətlərin əksəriyyəti ləğv edilsə də, COVID-19 yoluxduqda insanlar hələ də özünü təcrid etmək məcburiyyətində olacaqlar.
Virusa yoluxmuş birisi ilə yaşayan peyvənd olunmayanlar da, karantində qalmaq məcburiyyətindədir.
Qeyd edək ki, Norveç hökuməti ola biləcək təhlükələrdən qorunmaq üçün bəzi səyahət məhdudiyyətlərini də hələlik qüvvədə saxlayır. Bu qaydalar hökumətin saytında yerləşdirilib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin