Fransa COP29-a niyə qatılmadı? - Hikmət Hacıyev açıqladı
16 Noyabr 2024
07:49 - 25 Sentyabr 2021
Çində aparılmış sınaqlar "CanSino Biologics" şirkətinin COVID-19 virusu əleyhinə peyvəndinin aşağı dozasının 6-17 yaşlı uşaqlar üçün ziyansız olduğunu göstərib.
150 uşaq və 300 böyük üzərində aparılmış sınaqlar zamanı böyüklər üçün nəzərdə tutulan dozanın ən aşağı miqdarının uşaqlarda virusa qarşı immunitet yarada bildiyi təsdiqlənib. Bununla belə, uşaqlarda yaranan anticisimlərin COVID-19 infeksiyasına yoluxmaya qarşı nə dərəcədə effektli olduğu hələlik müəyyən edilməyib.
Qeyd edək ki, Çinin Dövlət Tibbi Məhsullar Administrasiyası cari ilin fevralında "CanSino Biologics" şirkətinin istehsalı olan birdozalı vaksinin kütləvi marketinqinə icazə verib. Vaksinin kliniki sınaqları Uxan şəhərində aparılıb. Onun bədənə bir dəfə yeridilməsi təhlükəsiz olub və sınaqda iştirak edənlərin əksəriyyətində immun cavabına səbəb olub. Kliniki sınaqların üçüncü mərhələsi isə Çin ilə yanaşı, Pakistan və Rusiyada da aparılıb, fevralın 8-də açıqlanan ilkin nəticələrə əsasən onun effektivliyi 74,8 faiz olub.
Hazırda Çində vaksinasiya prosesində "CanSino" şirkətinin peyvəndi tətbiq olunsa da, hələlik uşaqlara vurulması üçün razılıq verilməyib. Çində yalnız "Sinovac" və "Sinopharm" peyvəndlərinin 12 yaşdan yuxarı uşaqların yeni növ koronavirusa qarşı vaksinasiyasına icazə var.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin