İyulda itkin düşən Daşkəsən sakinlərinin meyitləri tapıldı

18:59 - 24 Sentyabr 2021

İyulda itkin düşən Daşkəsən sakinlərinin meyitləri tapıldı

Daşkəsən rayon Polis Şöbəsinin və ANAMA əməkdaşlarının iştirakı ilə keçirilən axtarış tədbirləri nəticəsində iyul ayının 30-da itkin düşmüş Daşkəsən rayon Alaxançallı kənd sakinləri 2010-cu il təvəllüdlü İsmət Bayramov və 2000-ci il təvəllüdlü Ülfət Rüstəmovun minaya düşmüş cəsədləri Göygöl rayonunun Kəlbəcər rayonu ilə sərhədində, minalanmış ərazidə aşkarlanıb.

Bu barədə Manşet.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, hava şəraiti ilə bağlı onların nəşinin ərazidən çıxarılması hələlik mümkün olmayıb.


Xəbər xətti

16 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin