Ermənistan Prezidentinin müşaviri öldü

18:28 - 24 Sentyabr 2021

Ermənistan Prezidentinin müşaviri öldü

Ermənistan Prezidenti Armen Sarkisyanın müşaviri Hamlet Qasparyan 71 yaşında ölüb.

Manşet.az xəbər verir ki, məlumatı “news.am” yayıb.

Məlumata görə, o, bu bəzifəyə 2018-ci ildə təyin edilib.

Hamlet Qasparyan 1950-ci il mayın 20-da İrəvanda anadan olub. İrəvan Dövlət Universitetinin Xarici dillər fakültəsini bitirib. O, Xarici İşlər Nazirliyində, ölkəsinin Böyük Britaniya və Fransadakı səfirliklərində birinci katib və müşavir vəzifələrində, telekanalda, qəzetlərdə işləyib.


Xəbər xətti

13 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin