Daha bir azərbaycanlı futbolçu Polşa klubunda

15:38 - 24 Sentyabr 2021

Daha bir azərbaycanlı futbolçu Polşa klubunda

Azərbaycanlı futbolçu Elvin Dəmirov karyerasını Polşada davam etdirəcək.

 

Manset.az bu ölkənin "Nowiny24" nəşrinə istinadən xəbər verir ki, 23 yaşlı müdafiəçi 4-cü liqa təmsilçisi "JKS Yaroslav" klubuna keçib. Onunla imzalanmış müqavilənin müddəti açıqlanmayıb.

Qeyd edək ki, "Qəbələ" və "Sumqayıt"da çıxış edib. Eyni zamanda o, U-21, U-18 və U-17 yığmalarmızın da üzvü lub.

Xatırladaq ki,  Azərbaycan millisinin üzvləri Anton Krivotsyuk Polşada "Visla" (Plotsk), Mahir Emreli isə "Legiya"da çıxış edir.


Xəbər xətti

6 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin