Türkiyədə daha 217 nəfər koronavirusdan öldü

21:37 - 23 Sentyabr 2021

Türkiyədə daha 217 nəfər koronavirusdan öldü

Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 217 nəfər ölüb.

Manşet.az xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatında bildirilib ki, Türkiyədə gündəlik statistikaya əsasən, COVID-19 infeksiyası ilə əlaqədar 35 133 nəfər test edilib, onların 27 844-nin koronavirus testi pozitiv nəticə verib, 21 267 nəfər sağalıb.

Nazirliyin covid19.saglik.gov.tr saytına istinadla paylaşdığı cədvələ görə, Türkiyədə indiyədək COVİD-19-a qarşı birinci, ikinci və üçüncü mərhələ daxil 106 893 726 peyvənd tətbiq edilib ki, bunun 85,09 faizi birinci mərhələ vaksinasiya olunanlardır.


Xəbər xətti

13 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin