Bu ərazilər işıqsız qalacaq - XƏBƏRDARLIQ
24 Noyabr 2024
19:55 - 23 Sentyabr 2021
Rumıniyanın Konstanta şəhərində çimərlik güləşi üzrə yeniyetmələrin dünya çempionatı keçirilib.
Manşet.az xəbər verir ki, mundialda Azərbaycanı baş məşqçi Oyan Nəzəriani və məşqçi Ağahüseyn Mustafayevin rəhbərliyi altında 2 güləşçi təmsil edib. Onların hər ikisi fəxri kürsüyə qalxıb.
60 kq-da mübarizə aparan Musa Ağayev ilk görüşdə macar rəqini məğlub edib. Türkiyə güləşçisiylə mübarizədə hesab açılmayıb. Rəqibin çəkisi daha az olduğu üçün qələbə ona verilib. Ancaq 3-cü qarşılaşmada Rumıniya idmançısına heç bir şans tanımayan Ağayev adını yarımfinala yazdırıb. Bu mərhələdə Rumıniyadan olan daha bir rəqibini məyus edən Musa həlledici görüşdə türkiyəli güləşçiyə uduzaraq gümüş medalı boynundan asıb.
Hüseyn Əliyev startda Yunanıstan təmsilçisinə gücünü göstərib. Həmyerlimiz Rumıniya güləşçisini minimal fərqlə üstələdikdən sonra Yunanıstanın daha bir idmançısına qalib gələrək yarımfinala vəsiqə qazanıb. Moldovadan olan rəqibinə də aman verməyən Hüseyn finalda rumıniyalı idmançıya eyni aqibəti yaşadaraq dünya çempionu olub.
Qeyd edək ki, millimiz 1 qızıl və 1 bürünc medalla komanda hesabında dünya 3-cüsü olub.
60 kq
1-ci görüş: Musa Ağayev – Zoltan Mişey (Macarıstan) 3:0
2-ci görüş: Musa Ağayev – Abdullah Toprak (Türkiyə) 0:0 (-:+)
3-cü görüş: Musa Ağayev – Valentin Barbulesku (Rumıniya) 3:0
1/2 final: Musa Ağayev – Daniel Sandu (Rumıniya) 3:0
Final: Musa Ağayev - Abdullah Toprak (Türkiyə) 1:3
70 kq
1-ci görüş: Hüseyn Əliyev – İlias Karnavas (Yunanıstan) 3:0
2-ci görüş: Hüseyn Əliyev – İosif Yonesku (Rumıniya) 1:0
3-cü görüş: Hüseyn Əliyev – Nikolas Makriyannis (Yunanıstan) 3:1
1/2 final: Hüseyn Əliyev – Yon Marku (Moldova) 5:0
Final: Hüseyn Əliyev - Cici Subtiriça (Rumıniya) 3:0
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin