“Qalatasaray” böyük hesabla uduzdu

23:58 - 22 Sentyabr 2021

“Qalatasaray” böyük hesabla uduzdu

Futbol üzrə Türkiyə Super Liqasında 6-cı turun oyunları keçirilir.

Manşet.az xəbər verir ki, bu gün daha üç qarşılaşma baş tutub.

Ötən tur “Fənərbaxça”nı məğlub edən “Başakşəhər” bu dəfə “Qaziantep”in müqavimətini qırmağa çalışıb. Lakin İstanbul təmsilçisi bu oyunda minimal hesabla məğlub olub.

“Qalatasaray” isə “Kayserispor”la səfər oyununda darmadağına üzülüb. “Göztəpə” də “Hatayspor”la ev oyunundan məğlub ayrılıb.

Türkiyə Super Liqası
6-cı tur
22 sentyabr

Qaziantep – Başakşəhər 1:0
Qol: M.Dəmir, 1.

Kayserispor – Qalatasaray 3:0
Qol: Tiam, 39; 53-pen. Bassan, 45.

Göztəpə – Hatayspor 0:2
Qol: Diuf, 35; 78.


Xəbər xətti

24 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin