Gədəbəy sakini kimyəvi maddə içib intihar etdi

23:12 - 15 Sentyabr 2023

Gədəbəy sakini kimyəvi maddə içib intihar etdi

Gədəbəydə 47 yaşlı kişi kimyəvi maddə içərək intihar edib.

 

Manset.az APA-ya istinadən bildirir ki, hadisə rayonun Arıqdam kəndində qeydə alınıb.

Kənd sakini 1976-cı il təvəllüdlü Məhərrəm Mehdiyev kimyəvi maddə içib. Xəstəxanaya aparılan 47 yaşlı kişi həkimlərin müdaxiləsinə baxmayaraq tibb müəssisəsində ölüb. 

Mehdiyevin hansı səbəbdən kimyəvi maddə içərək özünü zəhərləməsi məlum deyil. Faktla bağlı araşdırma aparıılır.


Xəbər xətti

24 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin