Türkiyə Super Liqası tarixinin ən erkən qolu vuruldu

18:20 - 22 Sentyabr 2021

Türkiyə Super Liqası tarixinin ən erkən qolu vuruldu

Futbol üzrə Türkiyə Super Liqasında yeni rekord qeydə alınıb.

Manşet.az-ın məlumatına görə, "Qaziantep" və "Başakşehir" komandaları arasında keçirilən V tur oyununda Superliqa tarixinin ən erkən qolu vurulub.

"Qaziantep"in hücumçusu Muhammet Demir 10-cu saniyədə topu rəqib qapısından keçirib.

Qeyd edək ki, hazırda hesab meydan sahiblərinin xeyrinədir - 1:0.

 


Xəbər xətti

24 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin