<

Rusiyada ağır yol-nəqliyyat hadisəsində 4 nəfər öldü

23:30 - 9 Sentyabr 2023

Rusiyada ağır yol-nəqliyyat hadisəsində 4 nəfər öldü

Rusiyanın İvanovo vilayətinin eyni adlı şəhərində minik avtomobilinin yaşayış evinə çırpılması nəticəsində 4 nəfər ölüb, 1 nəfər yaralanıb.

 

 

Manset.az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyinin İvanovo vilayəti üzrə Baş İdarəsi teleqramda məlumat yayıb.

"Maşın evə çırpılıb. Qəza nəticəsində 4 nəfər ölüb, 1 nəfər xəsarət alıb və rayon klinik xəstəxanaya yerləşdirilib", - məlumatda deyilib.


Xəbər xətti

3 Dekabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin