<

Ceyhun Bayramova 2 yeni müavin təyin edildi

00:22 - 9 Sentyabr 2023

Ceyhun Bayramova 2 yeni müavin təyin edildi

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramova iki yeni müavin təyin edilib.

Manset.az  xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsinin rəhbəri Ayxan Hacızadə “X” sosial şəbəkəsində paylaşım edib.

"Hörmətli diplomatlarımız Yalçın Rəfiyevin və Samir Şərifovun xarici işlər nazirinin müavinləri təyin edilmələri münasibətilə səmimi qəlbdən təbrik edir, dövlətimizin maraqlarının qorunması üzrə gələcək fəaliyyətlərində uğurlar arzulayıram!", - deyə paylaşımda bildirilir.

Fotoda Yalçın Rəfiyev

Fotoda Samir Şərifov


Xəbər xətti

10 Dekabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin