COP29-da tarixi qərar qəbul olundu
24 Noyabr 2024
21:05 - 8 Sentyabr 2023
Xaçmazda qəsdən adam öldürmə faktı ilə bağlı cinayət işi başlanılıb.
Manset.az xəbər verir ki, bu barədə Xaçmaz rayon prokurorluğunun məlumatında deyilir.
Sentyabrın 8-də saat 18 radələrində Xaçmaz rayon sakini 1980-ci il təvəllüdlü Aynurə Turabovanın kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi, onun əri 1982-ci il təvəllüdlü Şamil Turabovun isə xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub.
Araşdırma zamanı Şamil Turabovun birgə yaşadıqları evdə qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı Aynurə Turabovaya kəsici-deşici alətlə xəsarətlər yetirərək qəsdən öldürməsi, daha sonra isə sonra eyni alətlə özünə xəsarət yetirməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Xaçmaz rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.
Hazırda ibtidai istintaq davam edir.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin