Bu ərazilər işıqsız qalacaq - XƏBƏRDARLIQ
24 Noyabr 2024
20:45 - 21 Sentyabr 2021
“Zenit”in hücumçusu Artyom Dzyuba Rusiya millisinin oktyabrda DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində keçirəcəyi matçlarda oynamaqdan imtina edib.
Manşet.az xəbər verir ki, 33 yaşlı futbolçu bu barədə yerli mətbuata açıqlamasında məlumat verib.
Təcrübəli forvard optimal formasından uzaq olduğu üçün belə qərar qəbul etdiyini bildirib. Halbuki, yığmanın baş məşqçisi Valeri Karpin qarşıdakı oyunlar üçün açıqladığı ilkin heyətdə Dzyubaya da yer vermişdi.
Seçmə mərhələdə H qrupunda mübarizə aparan Rusiya millisi oktyabrın 8-də Slovakiyanı qəbul edəcək, 3 gün sonra isə Sloveniyanın qonağı olacaq. Sözügedən komanda bu qrupda Xorvatiya ilə birgə 6 oyuna topladığı 13 xalla zirvəni bölüşür.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin