Məşhur futbolçu qarət EDİLDİ

18:28 - 21 Sentyabr 2021

Məşhur futbolçu qarət EDİLDİ

Futbol üzrə Argentina millisinin məşqçisi Roberto Ayala silahla qarət edilib.

Manşet.az  "El Mundo Deportivo" nəşrinə istinadən xəbər verir ki, hadisə 48 yaşlı mütəxəssis şəxsi avtomobili ilə San-Kaetano rayonundan keçərkən baş verib.

3 nəfər silahlı şəxs onu dayandırmaq üçün əvvəlcə maşına daş atıblar. Ardınca isə əllərindəki tapança ilə Ayalanı hədələyərək, onun təqribən 5 600 avro pulunu və mobil telefonunu götürüblər.

Həmin vaxt yoldan keçən sürücü vəziyyəti görüb və polisi keçmiş futbolçunun köməyinə gəlməyə çağırıb.

Qeyd edək ki, Roberto Ayala 2000 - 2007-ci illərdə İspaniya "Valensiya"sında 200-dən çox oyun keçirib. O, "yarasalar"ın heyətində La Liqa çempionluğunu və UEFA Kubokunu qazanıb. Ölkəsində "River Pleyt", İtaliyada "Napoli" və "Milan" klublarının da formasını geyinən veteran müdafiəçi 2018-ci ildən Argentina millisində Lionel Skaloninin köməkçisi vəzifəsində çalışır.


Xəbər xətti

24 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin