“Bakı Metropoliteni”nin 15 əməkdaşı koronavirusdan VƏFAT ETDİ

18:22 - 21 Sentyabr 2021

“Bakı Metropoliteni”nin 15 əməkdaşı koronavirusdan VƏFAT ETDİ

Bütün dünya, eləcə də Azərbaycan il yarımdan çoxdur ki, pandemiya ilə mübarizə aparır.

Manşet.az xəbər verir ki, Pandemiya şəraitinə baxmayaraq, ölkədə fəaliyyət göstərən dövlət qurumları vətəndaşlara xidmət göstərməyə davam edir. Sutka ərzində yoluxma sayından asılı olaraq, əksər qurumlar məhdud sayda əməkdaşla fəaliyyətini davam etdirir.

Təbii ki, dövlət qurumlarının əməkdaşları arasında da koronavirusa yoluxan və vəfat edənlər olub. Belə ki, təkcə Bakı Metropoliteninin 15 əməkdaşı koronavirusun qurbanı olub.

İctimaiyyətlə əlaqələr şöbəsinin verdiyi məlumata görə, hazırda qurumun 4 817 nəfər işçisi vaksinasiya olunub. Onlardan 87 nəfər vaksinin birinci dozasını, 4 730 nəfər isə ikinci dozanı vurdurub. Koronavirusa yoluxan 15 nəfər əməkdaş isə vəfat edib. (oxu az)


Xəbər xətti

16 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin