ABŞ-ın Çikaqo şəhərində inkişaf pozğunluğuna görə çənəsiz doğulan Cozef Uilyams filmlərə mövzu olacaq həyatı ilə diqqət mərkəzindədir.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, 2019-cu ildə Uilyams iş yerində tanış olduğu Vaniya adlı xanımla 2020-ci ildə valideynlərinin və yaxınlarının dəstəyi ilə evlənib.
Xoşbəxt ailə quran cütlük sosial və virtual məkanda bir çox zorakılığa məruz qalsa da bir-birlərinə dəstək verərək problemlərin öhdəsindən gələ biliblər.
Cütlüyün nümunəvi davranışları ilə bir çox insanı ruhlandırıb.
Aygün
Manşet.az