<

İraqda iranlı zəvvarları daşıyan avtobus aşdı: 20 nəfər həlak oldu

15:06 - 29 Avqust 2023

İraqda iranlı zəvvarları daşıyan avtobus aşdı: 20 nəfər həlak oldu

İraqda iranlı zəvvarları daşıyan avtobus aşıb, hadisə nəticəsində ölənlər və yaralananlar var.

 

Manset.az xəbər verir ki, "Azad İran" teleqram kanalının xəbərinə görə, bu barədə İranda Ərbəin Mərkəzi Qərargahının sözçüsü Cavad Təşəkküri məlumat verib.

O, Ərbəin ziyarətinə (İmam Hüseynin şəhid olmasının 40-cı gün mərasimi) yollanan iranlı zəvvarlardan 20-nin həlak olduğunu, çox sayda insanın da yaralandığını bildirib.

İranın İraqdakı səfirliyinin rəsmisi yaralanan yeddi iranlı zəvvarın adını açıqlayıb və yaralılar arasında üç azyaşlının olduğunu qeyd edib.


Xəbər xətti

11 Dekabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin