"Dünya tarixi Bakı nailiyyətinə şahid oldu" - Dövlət başçısı
24 Noyabr 2024
17:22 - 20 Sentyabr 2021
Xəbər verdiyimiz kimi, hüquqşünas Aslan İsmayılov Feysbuk şəbəkəsində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasını korrupsiyada ittiham edib.
Manset.az xəbər verir ki, AFFA bu iddialara münasibət bildirib. Qurumun rəsmi saytı vasitəsilə yayılan açıqlamada A.İsmayılovun yazdıqlarının böhtan xarakterli olduğu qeyd edilib:
"İlk növbədə, onu qeyd edək ki, AFFA azsaylı ictimai-idman təşkilatlarından biridir ki, hər il hesabat Konfransında futbol ictimaiyyətinin, mətbuat nümayəndələrinin və dövlət strukturları təmsilçilərinin, həmçinin üzvü olduğu FIFA və UEFA kimi beynəlxalq təşkilatların rəsmilərinin qarşısında fəaliyyəti ilə bağlı hesabat verir və həmin hesabata AFFA-nın gəlirləri və xərcləri ilə bağlı maliyyə hesabatları da daxildir. 2010-cu ildən bu ilə qədər AFFA-nın bütün hesabatları assosiasiyanın saytında yerləşdirilib və maraqlanan hər kəs həmin hesabatlarla tanış ola bilər.
Özünü hüquqşünas adlandıran istənilən şəxs bu cür ittihamları səsləndirən zaman konkret hüquqi sənədlərə istinad etməli, populizm ilə məşğul olmamalıdır.
Aslan İsmayılov qeyd olunan facebook paylaşımı ilə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının işgüzar nüfuzuna xələl gətirdiyi üçün onun barəsində müvafiq strukturlara müraciət etmək hüququnu özümüzdə saxlayırıq".
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin