9 noyabr Azərbaycanda Dövlət Bayrağı Günüdür
9 Noyabr 2024
16:35 - 20 Sentyabr 2021
"Mançester Yunayted" klubunun portuqaliyalı futbolçusu Kriştianu Ronaldu dələduzluğun qurbanına çevrilib.
Manset.az portuqaliyanın "Jornal de Noticias" nəşrinə istinadən xəbər verir ki, turizm agenti adı altında fəaliyyət göstərən dələduz xanım futbolçunu 288 min avro ziyana salıb.
Özünü turizm agenti kimi təqdim edən 53 yaşlı qadın futbolçudan baş tutmayan 200-ə yaxın gəzinti üçün pul alıb. Məsələ burasındadır ki, futbolçu öz kart hesabını və digər məxfi məlumatları illər öncə həmin qadına veribmiş. Bir neçə il ərzində adı açıqlanmayan qadın hesabdan hissə-hissə, ümumilikdə 288 min avro pul çıxarıb.
Məlumatda qeyd olunur ki, dələduz tanınmış futbolçu Luiş Nani (Luis Nani), Manuel Fernandeş (Manuel Fernandes) və Ronaldunun meneceri Jorje Mendeşi (Jorje Mendes) də aldatmağa cəhd edib.
Qeyd edək ki, 2017-ci ildə qadını törətdiyi əməllərə görə həbs ediblər. Hazırda "turizm agenti" 4 ildir ki, dustaq həyatı yaşayır və dələduzluq yolu ilə əldə etdiyi pulları hissə-hissə geri qaytarır.//fanat.az
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin