"Dünya tarixi Bakı nailiyyətinə şahid oldu" - Dövlət başçısı
24 Noyabr 2024
22:10 - 19 Sentyabr 2021
Azərbaycan millisinin və Polşa "Legiya"sının futbolçusu Mahir Emreli Varşava təmsilçisinin heyətində növbəti qolunu vurub.
Manset.az-ın məlumatına görə, 24 yaşlı hücumçu "Qurnik Lençna" komandasına 3:1 hesabı ilə qalib gəldikləri Ekstraklasanın VIII tur matçında fərqlənib.
Fasilədən sonra Tomaş Pexartın yerinə meydana daxil olan forvard 79-cu dəqiqədə görüşdə son nöqtəni qolub. Bu, onun Polşa çempionatında ilk qolu olub.
Qeyd edək ki, bu qələbədən sonra xallarını 9-a çatdıran "Legiya" 12-ci pillədə qərarlaşıb. Paytaxt klubu rəqiblərindən 2 oyun az keçirib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin