“Yuventus” rekord zərər etdi

17:04 - 18 Sentyabr 2021

“Yuventus” rekord zərər etdi

İtaliyanın “Yuventus” klubu 2020/2021 mövsümü üçün maliyyə hesabatını açıqlayıb.

Manşet.az Turin klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, klubun ötən il üzrə zərərinin 209,9 milyon dollar təşkil etdiyi bildirilib. Bu, klub tarixində rekord itkidir.

“Yuventus”un belə zərərə uğramasının əsas səbəbi koronavirus pandemiyasına görə oyunların azarkeşsiz keçirilməsidir.

“Yuventus” ötən mövsümü A Seriyasında 4-cü sırada bitirib.


Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin