Azərbaycan nefti bahalaşdı

14:25 - 18 Sentyabr 2021

Azərbaycan nefti bahalaşdı

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 17-də 76,73 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,6 dollar/barel çoxdur.

Bu barədə Manşet.az-a ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 76,08 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,96 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 71,37 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,12 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 74,25 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,19 dollar/barel çoxdur.


Xəbər xətti

24 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin