Keçidlərdə maska taxmayanlar niyə cərimələnir? - AÇIQLAMA

18:47 - 17 Sentyabr 2021

Keçidlərdə maska taxmayanlar niyə cərimələnir? - AÇIQLAMA

Yeraltı və yolüstü keçidlərdə maska taxmayanlar cərimə edilir.

Manşet.az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib.

O bildirib ki, yeraltı və yolüstü keçidlər qapalı məkan hesab olunduğu üçün hərəkət iştirakçıları tibbi maskadan istifadə etməlidirlər:

"Qapalı məkanlarda tibbi maskadan istifadə etmə məcburiyyəti var. Bu, qanunla tənzimlənir. Bu qayda və normalara əməl etməyən şəxslər ərazidə xidmətə cəlb olunan polis əməkdaşları tərəfindən aşkar olunduqda, barələrində inzibati tənbeh tədbiri tətbiq olunur. İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə uyğun olaraq, yəni epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər 100 manat, vəzifəli şəxslər 300 manat, hüquqi şəxslər 600 manat məbləğində cərimə edilir.


Xəbər xətti

15 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin