Fatih Terim Bakıda
15 Noyabr 2024
18:04 - 17 Sentyabr 2021
Azərbaycanda çörəyin qiymətini artıran şirkətlər sabahdan köhnə qiymətə qayıdacaqlar.
Manşet.az bildirir ki, bu barədə Oxu.Az-a "Nömrə 1” çörək firmasının satış müdiri Rahim Nizaməddinov məlumat verib.
O bildirib ki, çörəyin satış qiyməti aşağı salınıb.
"Bəzi çörəklərimiz 5, bəziləri isə 10 qəpik bahalaşmışdı. İndi biz onların qiymətini əvvəlki vəziyyətə qaytardıq”, - o bildirib.
Qeyd edək ki, son günlər ölkədə bəzi firmalar tərəfindən çörəyin qiyməti növündən asılı olaraq 5-10 qəpik artırılıb. Çörəyin qiymətində artım edən digər şirkətlər də sabahdan satışı əvvəlki qiymətlərlə həyata keçiriləcək.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin