İlham Əliyev Xalq artistinə mənzil hədiyyə etdi - SƏRƏNCAM

16:01 - 17 Sentyabr 2021

İlham Əliyev Xalq artistinə mənzil hədiyyə etdi - SƏRƏNCAM

Prezident İlham Əliyev tarzən, Xalq artisti, professor Vamiq Məmmədəliyevə üçotaqlı mənzil hədiyyə edib.

 

Manset.az xəbər verir ki, bu barədə “Qafqazinfo”ya sənətkarın özü məlumat verib.

Onun sözlərinə görə, ev ona 75 illik yubileyi münasibətilə verilib: "Prezidentin mənzil şəraitimin yaxşılaşdırılması üçün Bakı Şəhər İcra Hakimiyyətinə verdiyi tapşırığa əsasən mənə verilən ev hədiyyəsi ailəmizdə böyük sevinclə qarşılandı. Bu, həm də musiqimizə, muğam sənətinə verilən misilsiz dəyərdir”.

Qeyd edək ki, bu il iyunun 9-da V. Məmmədəliyevin 75 yaşı tamam olub. 



Xəbər xətti

24 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin