Fatih Terim Bakıda
15 Noyabr 2024
14:36 - 17 Sentyabr 2021
"Oktyabr ayının əvvəli üçün təhsil tələbə kreditlərinin verilməsi planlaşdırılır".
Manset.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli "Media və təhsil dialoqu" mövzusunda keçirilən təlimdə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bu il 40 minə qədər tələbəyə təhsil kreditləri veriləcək: "Təhsil tələbə kreditlərindən həm bakalavr, həm də magistrlar yararlana biləcək. Sistemin hazırlanması, banklarla müqavilə, sığorta məsələləri artıq həll edilib".
N.Məmmədli bu il ali məktəbə qəbul olan I kurs tələbələrinin qeydiyyat mərhələsində ödəniş etmələri ilə bağlı məsələyə də aydınlıq gətirib. O qeyd edib ki, qaydalara əsasən I kurslar qeydiyyat zamanı təhsil haqlarını ödəməlidirlər: "Lakin tələbənin kreditlə əlaqəli müraciətinə müsbət cavab veriləcəksə, o zaman həmin vəsait ali təhsil müəssisəsinin bank hesabına köçürüləcək və tələbə ödədiyi vəsaiti geri götürə biləcək. Sistem yenidir və öz qaydasına düşəndən sonra növbəti semestrlərdə kreditlərin verilməsi normal qaydada davam edəcək".
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin